DTX-nin əməkdaşları Xocalı abidəsini ziyarət ediblər

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.

Bu barədə AZƏRTAC-a Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

Abidənin önünə gül dəstələri düzülüb, faciə zamanı həlak olanların əziz xatirəsi dərin ehtiramla yad edilib.

Polise.az

 

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button