DTX və DSX-dən əməliyyat: 42 kq narkotikin İrandan ölkəyə keçirilməsinin qarşısı alınıb

İrandan 42 kiloqrama yaxın narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Polise.az-ın məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində birgə əməliyyat-axtarış tədbirləri keçirib.

Nəticədə Azərbaycanın İranla sərhədinin İmişli rayonu ərazisindən keçən hissəsində ümumi çəkisi 42 kiloqrama yaxın müxtəlif növ narkotik vasitələrin (33 kq 125 qr qurudulmuş marixuana, 5 kq 015 qr tiryək, 2 kq 090 qr heroin, 1 kq 440 qr metanfetamin) ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button