Duda “binokl şousu”na niyə qatıldı-ermənilər ona nə vəd etdi?

Prezident Dudanın sərhədə gəlməsi ölkəsinin deyil, Avropa İttifaqının qərəzli mövqeyini nümayiş etdirməkdir; Bakıda səfiri olmayan ölkəyə rəsmi etiraz bildirilib – rəylər

Polşa Azərbaycanla strateji tərəfdaş olsa da, bu ölkənin prezidenti Andjey Dudanın Arazdəyənə gəlməsi və “binokl şousu”nda iştirakı diplomatik gərginliyə səbəb olub. Artıq Polşanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mixal Qreçilo noyabrın 28-də Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

XİN-in yaydığı məlumata görə, görüş zamanı Azərbaycan tərəfinin xəbərdarlıqlarına baxmayaraq, Polşa Prezidenti Andjey Dudanın Ermənistan-Azərbaycan sərhəd bölgəsinə, hələ də Ermənistanın işğalı altında olan Kərki kəndinə yaxın əraziyə səfər edərək, Avropa İttifaqının Ermənistandakı Missiyası ilə birgə Azərbaycan əleyhinə təbliğatda iştirakına etiraz bildirilib. Sözügedən missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq Azərbaycan əleyhinə alət kimi geniş şəkildə sui-istifadə olunduğu xatırlanıb. Həmçinin bu təxribatın Azərbaycan-Polşa münasibətlərinə zidd olduğu, Azərbaycanın legitim təhlükəsizlik maraqlarına təsir edən bu kimi addımlardan çəkinməyin zəruri olduğu diqqətə çatdırılıb.

Yəni əslində söhbət Dudanın Bakıya qarşı aşkar siyasi demarşından gedir. Maraqlıdır, görəsən bu anti-Azərbaycan təxribatı ilə Polşa və onun rəhbərliyi nə qazandı? Azərbaycanı qıcıqlandırmağa dəyərdimi? Bu azmış kimi, Duda jurnalistlərə açıqlamasında bildirib ki, Polşa AB-nin Azərbaycan-Ermənistan sərhədindəki müşahidə missiyasının tərkibindəki nümayəndələrinin sayını artırmağı nəzərdən keçirir. Yada salaq ki, Polşa prezidenti COP29 konfransı çərçivəsində Bakıda olmuş, həmkarı İlham Əliyevlə görüşmüşdü. İki ölkə arasında imzalanmış sənədə görə isə Polşa Azərbaycanın strateji tərəfdaşı sayılır. O halda “bu nə pəhriz, o nə turşu?” Bəlkə bu, “xroniki” xristian həmrəyliyinin təzahürüdür? Ümumiyyətlə, Polşa Qafqazda nə axtarır? Nəhayət, niyə “strateji tərəfdaş” sayılan bir ölkənin Bakıda səfiri yoxdur, müvəqqəti işlər vəkili təmsil edir?

Akif Nağı onu tənqid edənlərə sərt cavab verdi: "Gülənlə əlaqəsi olan adamlar..."

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, Polşa – Azərbaycan münasibətləri ilk baxışdan normaldır, tarixən də əməkdaşlıq yaxşı olub. Partiya sədri vurğuladı ki, polyak prezident Dudanın sərhədə gəlməsi Polşanın deyil, Avropa İttifaqının qərəzli mövqeyini nümayiş etdirməkdir: “Bununla Duda Avropa Birliyinə ”sədaqətini” göstərmək istəyib, yəni Ermənistanı müdafiə edirik”. A.Nağı təəssüf edir ki, Polşa son illər Qərbin və ABŞ-nin forpostuna çevrilməkdədir: “Rusiyaya qarşı bu ölkədə hərbi bazalar, raketlər yerləşdirilir. Halbuki Polşanın üç dəfə yaşadığı tarixi faciələr var, müharibələr səbəbindən bölüşdürülüb. Yəni Qərbin sifarişini yerinə yetirməsi, Avropa İttifaqının təlimatını icra etməsi Polşa üçün riskli addımdır. Ona görə sual yaranır ki, Duda Arazdəyənə gəlməklə nə demək istəyir? Ermənistanı müharibəyə hazırlayırlar, ya necə? Əgər bir hərəkətlilik olarsa, Ordumuz dərhal məhv edəcək. Azərbaycan buna hazırdır və təxribatçı addımları da izləməkdədir”.

Zaur Məmmədov: “Milli Məclisin yeni tərkibinin üzərinə çox böyük məsuliyyət düşür” | 1news.az | Xəbərlər

Zaur Məmmədov

Siyasi ekspert Zaur Məmmədov isə hesab edir ki, Polşa liderinin tarixi Azərbaycan torpağı olan Qərbi Zəngəzura gələrək “binokl”la baxanlara qoşulması iki ölkə arasında tərəfdaşlığa ziddir və hələ də hüquqi – normativ aktlarında qonşu dövlətə ərazi iddiası olan işğalçı dövlətin ambisiyalarının şirnikləşdirilməsidir: “Avropa İttifaqının keçmiş hərbçilərinin bölgədə qalması sülhə xidmət etmir və danışıqlarda Paşinyanı arxayınlaşdırır. Sözsüz ki, bu addıma qarşı adekvat tədbirlər görüləcək. Polşanın yerləşdiyi regiondakı dövlətlər Azərbaycanla siyasi-iqtisadi münasibətlərini genişləndirməkdədirlər. Dudanın bu addımı ancaq və ancaq Fransanın, Makronun yanındakı qüvvələrin maraqlarına cavab verir. Polşa lideri bunu bilirdi və xəbərdarlığa baxmayaraq Zəngəzura getdi”.

İlyas Hüseynov: Dövlət başçısının sərəncamı diqqət və qayğının bariz nümunəsidir - "İki sahil"

İlyas Hüseynov

Siyasi ekspert İlyas Hüseynovun fikrincə, Avropa dövlətləri Ermənistanın daxili işlərinə qarışırlar və parlament seçkiləri ilə bağlı indidən iş görməyə başlayıblar: “Lakin bu, Avropa dövlətlərinə anti-Azərbaycan siyasəti yürütməyə haqq qazandırmır. Onun sözlərinə görə, rəsmi Varşava bu zaman Azərbaycanla arasındakı strateji tərəfdaşlıq əlaqələrini zərbə altına qoyur: ”Maraqlıdır ki, Polşa hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən dövlət olub. Burada anlaşılmaz bir anti-Azərbaycan ritorikası və münasibətlər yaranır”. İ.Hüseynov əmindir ki, Azərbaycan Polşaya diplomatik kanallarla eyni formada cavab vermək üçün əlində kifayət qədər əsaslar saxlayır. “Rusiyanın ən fəal düşmənlərindən biri olan Polşa prezidenti Andjey Duda Ermənistana səfər edib və Polşa ilə dostluğa görə Ermənistan rəhbərliyinə təşəkkür edib”. Bunu isə rusiyalı politoloq Sergey Markov deyib. “O, həmçinin Ermənistan və Azərbaycan sərhədində yerləşdirilən AB-nin mülki-hərbi missiyasına baş çəkib. Onlar sərhədin hər iki tərəfini istəyirdilər, lakin Azərbaycan onları qovdu. Ona görə də ancaq erməni tərəfində dayanırlar. Bütün kəşfiyyatçılar Rusiya və Azərbaycandan casusluq edir. Rusiya Xarici Kəşfiyyat Xidməti isə bəyanat yayıb ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Ermənistanı Rusiyadan qoparmaq üçün hər şeyi edir”, – Markov bildirib. Emil SALAMOĞLU, “Yeni Müsavat” 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button