Dünya Bankı: Azərbaycanda su sektoruna subsidiyalar azaldılmalıdır

Dünya Bankı Azərbaycanda su sektoruna subsidiyaların azalmasını tövsiyə edir.

“Polise.az” xəbər verir ki, bunu Bankın Azərbaycandakı ofisinin yeni təyin olunmuş ölkə meneceri Stefanie Stallmeister Bakıda keçirilən “Su Təhlükəsizliyi Problemlərinin Həll edilməsi üçün Su Sektorunda Effektiv İnstitutlara və Proqramlara Keçid” mövzusunda tədbirdə bildirib.

O qeyd edib ki, Dünya Bankı su təchizatı və kanalizasiya xidmətlərinin fəaliyyətinə əsaslanan maliyyələşdirməni nəzərdən keçirəcək: “Biz bunun nəticə əsaslı olacağını və ümumi fəaliyyəti yaxşılaşdıracağını düşünürük. Həmçinin çirkab suları təmizləyən qurğulara baxdıq və əməliyyat müqavilələrinin bu sistemlərin təkmilləşdirilməsinə necə töhfə verə biləcəyini araşdırdıq. Bu səbəbdən subsidiyaların azaldılması sistemi qorumağa kömək edəcək və bu, nəzərə alınmalı son dərəcə kritik bir məqamdır”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button