Dünyanın məşhur görməli yerləri 50 ildən sonra necə olacaq?
“Climate Central” qeyri-kommersiya tipli iqlim tədqiqatları qrupu dünyanın məşhur görməli yerlərinin gələcəyi üçün iki ssenari hazırlayıb. Birinci ssenariyə görə, istiləşməni 1,5 dərəcə Selsi səviyyəsində saxlamaq mümkün olacaq. Digər ssenari isə iqlim dəyişikliklərinin müasir tempdə davam edəcəyi təqdirdə, dünyanın 50 il sonra necə olacağı ilə bağlı variantı nəzərdə tutur.
Polise.az xəbər verir ki, bədbin variant 2070-ci ilə temperaturun 3 dərəcə Selsi olacağını ehtimal edir. Bu halda dünyanı qlobal dəyişikliklər gözləyə bilər. Daha xudbin ssenaridə isə indi müşahidə olunan qlobal istiləşmənin 1,5 dərəcə Selsi səviyyəsində saxlanılacağı güman olunur. Alimlərin bildirdiyinə görə, bu variant ancaq karbon dioksid tullantılarının və ətraf mühitin çirklənməsinin kəskin azaldılması yolu ilə nail olmaq mümkün ola bilər.
Mütəxəssislər təxminən 200-ə yaxın müxtəlif coğrafi yerin və mənzərəli məkanın siyahısını tərtib ediblər. Onların arasında Rusiyanın Sankt-Peterburq şəhərindəki Ermitajın da adı var. Ekspertlərin bildirdiyinə görə, ən bədbin ssenariyə görə, bu muzey gələcəkdə suyun altında qala bilər.
Polise.az