DYP hava şəraiti ilə bağlı sürücülərə müraciət eti

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə fevralın 10-dan başlayaraq ölkə ərazisində havanın küləkli olacağı, fasilələrlə sulu qar və qar yağacağı, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir.

Bu barədə Teleqraf-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edərək onlara ehtiyatlı olmağı, küləkli havaya görə avtomobillərini aşma, qopma, sürüşmə ehtimalı olan obyektlərin altında saxlamamağı, xüsusilə qoşqulu, tentli və uzun ölçülü yük avtomobillərinin iştirakı ilə baş verə biləcək qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi tövsiyə edir.

Qarın yağması nəticəsində yolların sürüşkən olacağını nəzərə alaraq, sürücülərdən xüsusilə dağlıq ərazilərdə şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər istifadə etməmək, nəqliyyat vasitələrinin texniki sazlığından əmin olmaq, sürət həddini meteoroloji şəraitə uyğun seçmək xahiş olunur.

Əlverişsiz hava şəraitinin piyadaların hərəkətində də çətinliklər yaradacağını nəzərə alaraq, onları təhlükəsizlik baxımından məsuliyyətli olmağa, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməyə çağırırıq.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button