DYP qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Azərbaycanda yanvarın 17-dən 22-dək gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

Qurumdan  Polis.az -a verilən məlumata görə, müraciətdə hərəkət iştirakçılarının daha ehtiyatlı və hazırlıqlı olması məsləhət görülüb:

“Həftə ərzində dağlıq və dağətəyi rayonlarda yağan qarın yollarda yaratdığı çətinliklər fonunda hava şəraitinin yenidən pisləşməsi hərəkət iştirakçılarından daha ehtiyatlı və hazırlıqlı olmağı tələb edir. Xüsusilə qarın ərimədiyi, eləcə də külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda, körpülərdə səhər və axşam saatlarında yolların buz bağlaması ehtimalı nəzərdən qaçmamalıdır”.

Məlumatda həmçinin DYP əməkdaşlarının aidiyyəti qurumlarla birgə yağıntılı hava şəraitinin yollarda yarada biləcəyi fəsadların aradan qaldırılması, hərəkət iştirakçılarının təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində qabaqlayıcı tədbirlər gördüyü vurğulanıb.

BDYPİ xüsusilə həftəsonu avtomagistrallarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq qarşıdakı günlərdə səfərə hazırlaşan sürücülərdən yolların buz bağlama ehtimalını unutmamağı, şinləri yararsız, mövsümə uyğun olmayan avtomobillərlə yola çıxmamağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi, sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən daha təhlükəsiz marşrutlar üzrə hərəkətə üstünlük verməyi xahiş edib.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button