DYP: Yol qəzaları, ölüm və xəsarət hallarının sayı azalır

“90-cı ildən bəri bizdə yol-nəqliyyat hadisələrinin, ölüm və xəsarət alma hallarının sayı azalma tempi üzrə gedir”.

APA xəbər verir ki, bunu MEDİA-nın təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda II Forum çərçivəsində “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” adlı panel sessiyada DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev deyib.

O bildirib ki, əvvəllər qayda pozuntusu törədənlərə gənclər arasında rəğbət var idi: “Media bu məsələnin aradan qalxması üçün bizə böyük dəstək göstərdi. Bu gün Azərbaycan qonşu ölkələr arasında yol nəqliyyat hadisəsinin, ölüm və xəsarət hallarının ən az olduğu ölkədir, türk dövlətləri arasında 2-cidir, MDB məkanında ikincidir”.

Rövşən Tağıyev onu da qeyd edib ki, hər il Azərbaycanda nəqliyyat vasitələrinin sayı artır.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button