Əbu-Dabidə Ukrayna-Rusiya danışıqları keçiriləcək

Təhlükəsizlik məsələləri üzrə Rusiya-Ukrayna işçi qrupu bu gün  Əbu-Dabidə görüşəcək.

Musavat.com xəbər verir ki, məlumatı Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Birinci Kanala verdiyi müsahibədə təsdiqləyib. O bildirib ki, Vaşinqton və Kiyevin razılaşmasına əsasən ABŞ nümayəndə heyəti Əbu-Dabidə Ukrayna münaqişəsinin həlli ilə bağlı növbəti danışıqlarda iştirak etməyəcək: “Amerikalılar və ukraynalıların razılaşdıqları budur: daha aşağı səviyyədə ikitərəfli danışıq aparmaq”.

23-24 yanvar tarixlərində Əbu-Dabidə Rusiya danışıqlar qrupuna rəhbərlik edən Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov əvvəllər məsləhətləşmələrin konstruktiv keçdiyini bildirmişdi.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button