Ədliyyə Nazirliyi yanında Dövlət Reyestri Xidməti ləğv edilib
Ədliyyə Nazirliyinin strukturuna daxil olan ədliyyə orqanları və təşkilatlarının siyahısında dəyişiklik olunub.
Polise.az xəbər verir ki, Prezident İlham Əliyev iyunun 4-də bununla bağlı “Ədliyyə orqanlarının inkişafı haqqında” Fərmana dəyişiklik edib.
Belə ki, Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti ləğv edilib. Bundan sonra qurumun səlahiyyətlərini nazirliyin özü icra edəcək.
Polise.az