Əfv sərəncamı: Daha 27 nəfər məhbus azadlığa çıxdı

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub.
Teleqraf xəbər verir ki, bu cəzaçəkmə müəssisəsində sərəncam ümumilikdə 29 nəfərə şamil olunub.
İki nəfərin cəzası azaldılıb, 27 nəfər isə azadlığa buraxılıb, arayışlar təqdim etdikdən sonra onlar azadlığa buraxılıblar.
Xatırladaq ki, əfv sərəncamı ümumilikdə 220 nəfərə şamil edilib.
Polise.az