Əlcəzair BMT TŞ-nin təcili iclasının çağırılmasını tələb edib
Əlcəzair İsrail ordusunun Qəzza zolağı və İordan çayının qərb sahilində keçirdiyi yeni reydlərlə əlaqədar yaranmış vəziyyəti müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının (TŞ) təcili iclasının çağırılmasını tələb edib.
Polise.az TASS-a istinadən xəbər verir ki, bu barədə Əlcəzair radiosu məlumat yayıb.
Qeyd edək ki, Əlcəzair BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür.
Polise.az