Elçin Quliyevin 27 yaşlı oğluna polkovnik-leytenant rütbəsi verilib? – DSX-dan açıqlama

Bir neçə gündür Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin oğlu Məhəmməd Quliyevə vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verilməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. İddialara görə, generalın 27 yaşlı oğlu 2019-cu ildə DSX-da leytenant rütbəsi ilə xidmətə başlayıb və 6 ilə polkovnik-leytenant rütbəsinə layiq görülüb.

“Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətindən Gununsesi.info-nun sorğusuna cavab olaraq bildirilib ki, Məhəmməd Quliyev DSX-nin sıralarında deyil:

“Bəzi sosial şəbəkə səhifələrində yayılan məlumatlar həqiqəti əks etdirmir. Bildiririk ki, Dövlət Sərhəd Xidmətinin əməkdaşı olmuş Məhəmməd Quliyev qurumun sıralarında xidmət etmir”.

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button