Eldar Əmirov həbs edildi

Ramiz Mehdiyevin keçmiş köməkçisi Eldar Əmirov həbs edilib.
Polise.az xəbər verir ki, bu barədə Səbail rayon Məhkəməsində qərar qəbul edilib.
Qərara əsasən, istintaq orqanın təqdimatı əsasında Eldar Əmirov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Eldar Əmirov dövlətə xəyanət, dövlət çevrilişinə cəhddə ittiham olunur.
Qeyd edək ki, Eldar Əmirov Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri olduğu vaxt onun köməkçisi olub.
E.Əmirov 3 il öncə də polisin qanuni əmrinə tabesizlik göstərdiyi üçün Yasamal Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs edilmişdi.
Xatırladaq ki, Eldar Əmirovun saxlanması ilə bağlı xəbəri ilk olaraq manşet.az saytı yayımlayıb.
Polise.az



