Əli Əsədov: Azərbaycanda müasir ordu quruculuğu prosesi davam etdiriləcək
Azərbaycanda müasir ordu quruculuğu prosesi və milli təhlükəsizlik potensialının artırılması davam etdiriləcək.
Polise.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin martın 15-də keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən deyib.
O bildirib ki, dövlət büdcəsində ən böyük xərclər növbəti illərdə də hərbi xərclər olacaq.
Baş nazir xatırladıb ki, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədilə 2023-cü ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə təqribən 5,9 mlrd. manat vəsait ayrılıb (2022-ci illə müqayisədə 19,6% çox).
Polise.az