Əli Əsədov Qahirədə Ərdoğan və digər dövlət başçıları ilə görüşüb
Azərbaycanın Baş naziri Əli Əsədov Qahirədə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşü çərçivəsində bir sıra görüşlər keçirib.
“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Qeyd olunub ki, Əli Əsədov tədbir çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran Prezidenti Məsud Pezeşkian, Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Pakistanın Baş naziri Şahbaz Şərif və Nigeriyanın xarici işlər naziri Yusuf Tuqqar ilə görüşüb.