Əli Əsədov quru sərhədlərimizin bağlı saxlanması səbəblərindən danışdı

“Regionda artan risklər fonunda cənab Prezidentin milli maraqlara əsaslanan mövqeyi nəticəsində ölkəmizin suverenliyi etibarlı şəkildə təmin edilir”.
Polise.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentdə hökumətin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən deyib.
Baş nazir quru sərhədlərinin bağlı qalmasına toxunub:
“Son dövrdə regionda cərəyan edən hadisələr Azərbaycanın quru sərhədlərinin bağlı saxlanılması qərarının nə qədər əsaslı və zəruri olduğunu göstərir, eyni zamanda cənab Prezidentin uzaqgörən və müdrik dövlətçilik siyasətinin növbəti təsdiqidir”.
Polise.az



