Əli Kərimlinin evində axtarış aparıldı – Ramiz Mehdiyev işi

AXCP sədri Əli Kərimlinin evində axtarış aparılıb.
Teleqraf-ın məlumatına görə, partiya sədrinin evində aparılan axtarış Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Dövlət Təhlükəsizliyi Xidmətində istintaq olunan cinayət işi ilə bağlıdır.
Qeyd edək ki, Əli Kərimlinin adı dövlətə xəyanət ittihamı ilə həbs edilən PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevlə işbirliyində hallanırdı.
Hüquq-mühafizə orqanlarından Əli Kərimlinin yaşadığı ünvanda axtarış aparıldığı Teleqraf-a təsdiqlənib. Bundan başqa, partiya sədrinin müşaviri Məmməd İbrahimin də evində axtarış aparılıb.
Qeyd edək ki, partiya fəalları Əli Kərimlinin saxlanılmasına dair sosial mediada məlumat yaymışdı.
Polise.az



