Əli Laricani öldürülüb?

İranın Ali Təhlükəsizlik Şurasının katibi Əli Laricanı gecə saatlarında Tehranda İsrail Hərbi Hava Qüvvələrinin hücumuna məruz qalan hədəflər arasında olub.
Polise.az Teleqraf -a istinadən xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.
Əli Laricaninin hücumdan salamat çıxıb-çıxmadığı dəqiqləşdirilməyib, hücumun nəticələrinin araşdırıldığı bildirilib.
Məlumatda qeyd edilib ki, o, İran sistemində Ali rəhbər Müctəba Xameneidən sonra ən nüfuzlu ikinci şəxsdir. Son günlərdə Laricaninin proseslərdən bir qədər kənarda qaldığı və onunla İranın ali rəhbərliyi arasında konflikt və fikir ayrılıqlarının olduğu vurğulanıb.
Polise.az



