“Elitar turist və müftəxor əclaf…” – Ermənistanda təhqirin biri bir qəpik

Ermənistanda Qarabağdakı məğlubiyyətə görə günahkar axtarışı davam edir.

Nikol Paşinyan hakimiyyətinə qarşı sərt müxalif mövqe tutan Ermənistanın Vatikandakı sabiq səfiri, Serj Sarkisyanın kürəkəni Mikael Minasyan bu dəfə prezident Armen Sarkisyanı hədəfə alaraq, onu sərt tənqid, hətta təhqir edib.

Minasyana istinad edən “news.am” saytı yazır ki, sabiq səfir məğlubiyyətə görə məsuliyyət daşıyanları hakimiyyət pillələrindəki müftəxorların və tüfeylilərin arasında axtarmaq lazım olduğunu deyib: “Bəlkə günahkarları xalqın vergiləri hesabına həyatdan həzz alan müftəxorların arasında axtarmağa başlayaq? Məsələn, Ermənistan prezidenti vəzifəsini tutan şəxsdən”.

M.Minasyan Ermənistan prezidentinin hətta müharibə günlərində də xarici səfərlərdən vaz keçmədiyini, elitar həyat yaşadığını bildirərək, acı məğlubiyyətə görə əslində ilk olaraq onun cəzalandırılmalı olduğunu yazıb: “Niyə soruşmursunuz ki, bu fəlakətə görə birbaşa məsuliyyət daşıyanlardan və onun müəlliflərindən biri olan bu nəzakətli adam, bütün şeyxlərin və kralların dostu, sizin ürəklərinizin prezidenti, elitar turist və müftəxor prezident nəylə məşğuldur? O, vəzifə xatirinə hər kəsi və hər şeyi sataraq, vəzifəni kişilikdən və vətəndən üstün tutdu. Budur əclaflığın bahalı kostyuma bürünmüş gerçək sifəti. Və ilk olaraq, ondan başlamaq lazımdır…”

Qeyd edək ki, Ermənistanda xeyli müddətdir davam edən etiraz aksiyalarında və müxalif siyasətçilərin çıxışlarında əsas hədəf kimi Nikol Paşinyan və onun başçılıq etdiyi hökumət göstərilsə də, Qərbpərəst mövqeyilə seçilən prezident Armen Sarkisyan bir o qədər tənqid olunmurdu.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button