Elşad Hacıyevin bank kartları ilə bağlı paylaşımı diqqət çəkdi

Hamıdan kömək xahiş edirəm. Dünən də vətəndaşların bank kartlarından 87067 manat talayıblar. Vətəndaşın əziyyətlə, zəhmətlə dar günü üçün topladığı pullar bir anda yoxa çıxır. Çünki kiber məkanda sxemlər tez-tez dəyişir, lakin prinsiplər dəyişmir. Aprelin 8-də belə olub. Ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla – 20000, 17000, 16000, 15000, 7800, 4650, 2538, 1006, 350, 500, 900, 850, 200, 107, 60, 56, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb. Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik.
Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var. #kibertəhlükəsizlik #kiberpolis #bankkartı #polis