Əmək kitabçaları barədə hökumət xüsusi qərar verdi, ancaq kitabçalar hələ satılır – Əmək Nazirliyinin məsuliyyəti…

Şəmsəddin Əliyev: “Əmək kitabçaları aidiyyəti qurumun kadrlar şöbəsi tərəfindən təqdim edilməlidir”

İşçilərin əmək kitabçasının forması və onun doldurulması qaydaları təsdiqlənib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qeyd edək ki, əmək kitabçası işəgötürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün açılır. Əmək müqaviləsi bağlanılarkən işçi şəxsiyyətini təsdiq edən sənədi və əmək kitabçasını təqdim edir. Əmək kitabçalarının qaydalara uyğun formada hazırlanması və işəgötürənlərə verilməsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) həyata keçirir.

Əmək kitabçasının doldurulmasını işəgötürən, müəyyən hallarda isə ƏƏSMN tərəfindən Azərbaycanın dövlət dilində aparılır.

Ancaq onu da bildirək ki, bu gün əmək kitabçalarını qara bazardan əldə etmək olduqca rahatdır. Istənilən şəxs bazardan əmək kitabçası ala bilər. Maraqlıdır, işə götürənlərə əmək kitabçalarını kim verməlidir?

“Qanunsuz əmək kitabçası satışının təşkili ilə məşğul olanlar cəzalandırılmalıdır, bu sənəd qara bazarda satılmamalıdır”

Hüquqşunas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Sovet dönəmində işçilər işlədiyi yer tərəfindən əmək kitabçası ilə təmin olunurdu. 1991-ci ildən sonra qaydalarda dəyişiklik oldu. Həmin ərəfədə hüququn bütün sahələrində dəyişiklik olundu və islahatlar davam etdi. Zamanla işə qəbul olunma prosesi sistemə salınma ilə həll olundu: “Əmək kitabçaları əvvəlcə müəssisələrdə tapılmadı, onun çapı üçün nəşriyyatlarda problem yaşandı. Beləliklə, insanlar qara bazar vasitəsilə əmək kitabçalarını əldə etdilər. Bu da özünü doğrultmadı. Artıq vahid əmək kitabçası olacaq. Hər bir qurum tələb olunan səviyyədə əmək kitabçalarını çap etdirəcək. Hesab edirəm ki, vahid əmək kitabçalarını saxtalaşdırmaq mümkün olmayacaq, bunun üçün müəyyən işlər görüləcək. Bu yaxşı işdir, ancaq gecikmiş addımdır. Qanunsuz əmək kitabçası satışının təşkili ilə məşğul olanlar cəzalandırılmalıdır. Bu sənəd qara bazarda satılmamalıdır. Əmək kitabçaları aidiyyəti qurumun kadrlar şöbəsi tərəfindən təqdim edilməlidir”.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button