Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2 rəqəmsal layihəsi beynəlxalq müsabiqənin qalibi olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” internet portal və “Proaktiv xidmət mexanizmi” layihələri ABŞ-də yerləşən “International Data Corporation” (IDC) beynəlxalq qurumunun

müsabiqəsinin qalibləri siyahısında yer alıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, ən uğurlu rəqəmsal təcrübələri tanıtmaq və təbliğ etmək məqsədi daşıyan müsabiqəyə ABŞ, İspaniya, Türkiyə, Misir, Böyük Britaniya, Finlandiya, BƏƏ, Küveyt də daxil olmaqla, bir çox ölkələrdən 900-dən çox layihə təqdim edilib. Onlardan 32-i qaliblər siyahısında yer alıb.

Nazirliyin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) isə ABŞ-də keçirilən “XII illik beynəlxalq 2024 Globee Liderlik Müsabiqəsi”ndə növbəti uğurunu qazanıb. DOST RİM müsabiqənin “İlin Rəqəmsal Transformasiya Liderliyi” kateqoriyası üzrə qızıl mükafatına layiq görülüb.

Polise.az

 

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button