Əməliyyat tədbirləri nəticəsində 5 müxtəlif markalı tüfəng və 53 müxtəlif çaplı patron aşkarlanıb

Dekabrın 16-17-də polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan 5 ədəd müxtəlif markalı tüfəng və 53 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.
Bu barədə Polise.az -a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Polise.az



