Əminə Ərdoğan İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür edib

Türkiyənin birinci xanımı Əminə Ərdoğan Azərbaycanın Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya səmimi qonaqpərvərliyinə görə təşəkkür edib.

Polise.az xəbər verir ki, Əminə Ərdoğan bu barədə özünün “X” sosial hesabında paylaşıb.

“COP29 sammiti iqlim fəaliyyəti üçün ortaq gələcək qurmağa ümid verir. Bu prosesdə gənclərin ekoloji cəhətdən səylərini və Azərbaycanın uzaqgörən rəhbərliyini görmək bizi sevindirdi. Səmimi ev sahibliyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və dəyərli xanımı Mehriban Əliyevaya təşəkkür edirik” , – paylaşımda qeyd olunub.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button