Energetika Nazirliyinin əməkdaşları antikorrupsiya qanunvericiliyi barədə məlumatlandırılıb

Energetika Nazirliyində korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşların məlumatlılığının artırılması məqsədilə “Antikorrupsiya qanunvericiliyi və onun praktikada tətbiqi” mövzusunda vebinar keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevin təqdimatında baş tutan vebinarda korrupsiya anlayışı, dövlət qulluqçularının və digər vəzifəli şəxslərin fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması, korrupsiya hüquqpozmalarının növləri, subyektləri və mövzu ilə əlaqədar digər məlumatlar verilib, suallar ətrafında müzakirələr aparılıb.

Vebinarda Energetika Nazirliyinin Aparatı, nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və İctimai Şuranın üzvlərindən ibarət olmaqla ümumilikdə 45 nəfər iştirak edib.

Polise.az

 

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button