Epşteyn Bakı ilə bağlı görün nə deyib: İlk dəfə ortaya çıxdı

ABŞ Ədliyyə Nazirliyi tərəfindən məxfilikdən çıxarılan və “Epşteyn kitabxanası” kimi tanınan sənədlər bədnam maliyyəçi Ceffri Epşteynin müxtəlif ölkələrlə, o cümlədən Azərbaycanla əlaqələr qurmaq cəhdlərinə dair maraqlı detalları üzə çıxarıb.

Globalinfo.az xəbər verir ki, bu barədə arxiv materiallarında yer alan məlumatlarda göstərilib. Belə ki, 2011–2015-ci illər ərzində bir sıra vasitəçilər Epşteyni Azərbaycana cəlb etməyə çalışıb, ona Bakı səfəri və ölkə rəhbərliyi ilə yüksək səviyyəli görüşlər vəd ediblər.

Sənədlərdə qeyd olunur ki, bu təkliflər zamanı Azərbaycanın paytaxtı xüsusi şəkildə təqdim edilib. Vasitəçilər Bakını “Parisdən daha gözəl” şəhər kimi xarakterizə edərək, Epşteyn üçün cəlbedici obraz formalaşdırmağa çalışıblar.

Məqsəd onun regiona marağını artırmaq və Azərbaycanda nüfuzlu əlaqələr qurmasına zəmin yaratmaq olub. Epşteyn isə buna inanıb və yaxın ətrafına bu ölkəyə səfərin vacibliyin vurğulayıb.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button