Əqli Mülkiyyət Agentliyində yeni xidmət yaradılacaq

Əqli Mülkiyyət Milli Təlim Mərkəzinin işini müasir tələblərə uyğunlaşdırmaq məqsədilə onun bazasında yeni xidmətin yaradılması barədə qərar qəbul olunub.

Bu barədə  Polise.az -a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

Bildirilib ki, yeni xidmət Əqli Mülkiyyət Hüquqularının Təminatı Mərkəzinin nəzdində fəaliyyət göstərəcək. Xidmət öz işini Ümumdünya Əqli Mülkiyyət Təşkilatı Akademiyasının verdiyi tövsiyələrə uyğun qurmaqla yanaşı həm bu təşkilat, həm də sahə üzrə digər qabaqcıl beynəlxalq və milli qurumlarla qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirəcək.

Yeni xidmət “Əqli mülkiyyətə giriş”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar”, “İxtira, faydalı model və sənaye nümunəsinə dair hüquqlar”, “Əmtəə nişanlarına, coğrafi göstəricilərə və geniş tanınmış əmtəə nişanlarına dair hüquqlar” və bir sıra digər mövzularda təlim kursları keçirəcək, sonda müvafiq sertifikatlar veriləcək.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button