Əraqçi: Bu hücumlar Xəzəryanı ərazilərin təhlükəsizliyinə təsir göstərə bilər

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin İrana endirdiyi zərbələrin Xəzər dənizi regionu üçün təhlükəli nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib.

Polise.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunur ki, Əraqçi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türkmənistanın xarici işlər naziri Rəşid Meredovla telefon danışığı zamanı məsələni müzakirə edib.

Məlumata əsasən, iranlı nazir ABŞ və İsrailin Xəzər dənizinə yaxın əyalətlərə endirdiyi son zərbələrin miqyasını izah edərək, bunun regionun ekologiyası və təhlükəsizliyi üçün mümkün risklərinə diqqət çəkib.

Əraqçi vurğulayıb ki, bu hücumlar ətraf mühitə və Xəzəryanı ərazilərin təhlükəsizliyinə mənfi təsir göstərə bilər.

O, həmçinin ölkələri məsuliyyətli mövqe tutmağa, hücumları pisləməyə və onların nəticələrinin qarşısını almaq üçün zəruri tədbirlər görməyə çağırıb.

Xatırladaq ki, Abbas Əraqçi ilə Ceyhun Bayramov arasındakı telefon danışığı barədə Azərbaycan Xarici İşlər Nazirliyi də məlumat yaymışdı.

Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button