Əraqçi Fidana iğtişaşların səbəblərini açıqlayıb

İran və Türkiyənin xarici işlər nazirləri Abbas Əraqçi ilə Hakan Fidan regiondakı son hadisələri müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İranın XİN rəhbəri türkiyəli həmkarına ölkəsində son günlərdə baş verən hadisələr və xalqın dinc etirazlarının zorakılığa keçməsi barədə danışıb. A.Əraqçi vurğulayıb ki, zorakılığın katalizatoru başqa dövlətlərlə əlaqəli elementlər olub, bu da bir neçə İran vətəndaşının ölümü ilə nəticələnib.

O, Fidanla söhbətində ölkədəki vəziyyətə xarici müdaxiləni və iğtişaşların səbəblərini açıqlayıb.

Qeyd edək ki, Türkiyə və İran XİN rəhbərləri arasında son sutka ərzində iki dəfə telefon danışığı olub.

Polıse.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button