Ərdoğan Almaniya kansleri ilə Suriyadakı son durumu müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Olaf Şoltsla telefonla danışıb.

“Polise.az” xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, tərəflər Suriyadakı durum barədə danışıblar. R.T.Ərdoğan bildirib ki, yeni dövr Suriyanın ərazi bütövlüyü və suverenliyi üçün əhəmiyyətlidir. Onun sözlərinə görə, Türkiyə Suriyanın terrordan xilas olması üçün çalışmağa davam edəcək.

Ərdoğan həmçinin vurğulayıb ki, Türkiyədəki suriyalıların qayıdışını asanlaşdırmaq məqsədilə lazımlı addımların atılması ölkəsinin prioritetidir.

Liderlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparıblar.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button