Ərdoğan Azərbaycanla təbii qaz sahəsində əməkdaşlıq sazişini təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi”ni imzalayıb.

Teleqraf xəbər verir ki, saziş “Resmi Gazete”də dərc edilib və qüvvəyə minib.

Qeyd edək ki, 2024-cü il mayın 14-də İstanbul şəhərində imzalanmış sənəd 8 iyul 2024-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunub.

Sazişi Azərbaycan hökuməti adından iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyə hökuməti adından isə energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar imzalamışdılar.

Sazişin əsas məqsədi iki ölkənin bölgədə enerji təhlükəsizliyinin təmin edilməsi və enerji təchizatı mənbələrinin şaxələndirilməsində birgə addımlar atmasından ibarətdir.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button