Ərdoğan: Bölgəmiz atəş çənbərinə sürüklənmə riski ilə üz-üzədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin İrana qarşı həyata keçirdiyi son hücumları kəskin pisləyib.

Polise.az xəbər verir ki, bu barədə Türkiyə dövlət başçısı rəsmi çıxışında bildirib.

Prezident vurğulayıb ki, İranın suverenliyini açıq şəkildə pozan və dinc əhalinin hüzuruna qəsd edən bu hücumlar eseflə qarşılanır.

O, rəsmi Ankaranın uzun müddətdir regiondakı münaqişələrin dialoq yolu ilə həlli üçün ciddi səylər göstərdiyini xatırladıb:

“Qonşumuz İrana qarşı Netanyahu (İsrailin Baş naziri-red.) administrasiyasının kışqırtmaları ilə başlayan hücumlardan dərin üzüntü və narahatlıq duyuruq. Əgər sağduyu və ağlısəlim hakim olmazsa, diplomatiyaya meydan verilməzsə, bölgəmiz tamamilə bir atəş çənbərinə sürüklənmə riski ilə qarşı-qarşıyadır”.

Ərdoğan həmçinin qeyd edib ki, regionda sülhün və sabitliyin bərpası üçün beynəlxalq ictimaiyyət daha aktiv rol oynamalı və gərginliyi artıran addımlardan çəkinməlidir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button