Ərdoğan: Bu məsələni birdəfəlik bağlamaq istəyirik

“Terror məsələsini sonsuza qədər geridə qoymaq istəyirik”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Türkiyənin terroru gündəmdən çıxarmasını istəyirik. Bütün varlığımızla bu işin altına girmişik. Müxalifət partiyalarının da qoşulması üçün konstruktiv davranırıq.
“Terrorsuz Türkiyə” hədəfinə yalnız özünəinam və cəsarətlə çata bilərik. Bizdən uğursuzluq gözləyənləri ancaq bu şəkildə məyus edə bilərik”, – dövlət başçısı vurğulayıb.
Polise.az



