Ərdoğan: “Ədalətsiz və sabitsiz dünya nizamının son çırpıntılarını yaşadığına inanırıq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni illə bağlı videomüraciətində ədalətsiz və sabitsiz dünya nizamının son çırpıntılarını yaşadığına inandıqlarını söyləyib.

Polise.az – ın məlumatına görə, dövlət başçısı Türkiyənin inkişafına mane olmaq istəyənlərin olduğunu bildirib: “Bunun üçün terrordan, iqtisadi təzyiqlərə qədər müxtəlif vasitələrdən istifadə edirlər”.

Ərdoğan deyib ki, Türkiyə məqsədlərinə çatmaq üçün heç vaxt qurban verməkdən çəkinməyib: “Millətimiz həmrəylik göstərdikcə bizi kimsə parçalaya bilməz. Müxtəlif sahələrdəki uğurlarımızla dostlarımıza inam, düşmənlərimizə qorxu verməyə davam edəcəyik”.

Türkiyə lideri vurğulayıb ki, 2024-cü ilin ölkəsi üçün uğurlu olacağına inanır.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button