Ərdoğan: Ermənistan gələcəyinin region ölkələri ilə bağlı olduğunu dərk etməlidir
Ermənistan dərk etməlidir ki, onun gələcəyi region ölkələri ilə bağlıdır.
Polise.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmirdə keçirilən “EFES – 2024” çoxmillətli təliminin Yüksək Səviyyəli Müşahidəçi Günündə deyib.
O bildirib ki, Ermənistan bununla ilk növbədə üçüncü dövlətlərin və xarici diasporun zərərli təsirindən xilas olacaq.
Türkiyə lideri vurğulayıb ki, Qarabağ 30 ilə yaxın işğaldan azad edildikdən sonra regionda davamlı sülhün bərqərar olması üçün tarixi fürsət yaranıb: “Bu fürsət qaçırılmamalıdır. Ermənistan üçüncü ölkələrin və onun xaricdəki diasporasının zərərli təsirindən qurtulmalıdır, bu, onu dünyaya daha da yaxınlaşdıracaq. Bundan əlavə, erməni xalqı dərk etməlidir ki, onun gələcəyi əsrlər boyu birgə yaşadığı və bundan sonra da birgə yaşayacağı qonşuları ilə bağlıdır. Ermənistan da bu məqsədlərə çatmaq üçün lazım olan hər şeyi etməyə cəsarət etməlidir”.
Polise.az