Ərdoğan Fransa Prezidenti ilə regiondakı vəziyyəti müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Fransa Prezidenti Emmanuel Makron ilə telefon danışığı aparıb.
Polise.az xəbər verir ki, liderlər Türkiyə ilə Fransa arasındakı ikitərəfli münasibətlərlə yanaşı, regiondakı münaqişələri, eləcə də qlobal məsələləri müzakirə ediblər.
Prezident Ərdoğan bildirib ki, Türkiyə İranda baş verən hadisələri çox yaxından izləyir, mülki insanların həlak olmasından dərin kədər hissi keçirir və bu halların artmasından narahatdır.
O həmçinin vurğulayıb ki, münaqişələrin regionda yayılması qəbuledilməzdir.
Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, İrandakı qarşıdurmaların uzun müddət davam etməsi həm region, həm də dünya üçün qeyri-sabitlik mənbəyinə çevrilə bilər.
O, Türkiyənin diplomatik səylərin gücləndirilməsi və tərəflərin yenidən danışıqlar masasına qayıtması üçün intensiv fəaliyyət göstərdiyini də bildirib.
Ərdoğan qeyd edib ki, regionda və dünyada davam edən münaqişələr NATO müttəfiqləri arasında müdafiə sahəsində əməkdaşlığın artırılmasını zəruri edir.
O əlavə edib ki, müdafiə sənayesi sahəsində uzun müddətdir atılmayan ortaq addımların sürətləndirilməsi böyük əhəmiyyət daşıyır.
Polise.az



