Ərdoğan: “HƏMAS və İsrail arasında razılaşmanı dəstəkləyirik”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS və İsrail arasında atəşkəs razılaşmasını alqışlayıb.
Polise.az xəbər verir ki, o, sosial media platforması X-də bu razılaşmanın bölgəyə və bütün insanlığa fayda gətirəcəyinə ümid etdiyini bildirib.
Ərdoğan qeyd edib: “HƏMAS və İsrail arasında atəşkəs razılaşmalarını alqışlayırıq. Ümid edirik ki, bu razılaşmalar bölgəmizə və bütün insanlığa, xüsusilə də fələstinli qardaşlarımıza fayda gətirəcək və daimi sülh və sabitlik yolunu açacaq.”
Prezident Ərdoğan Türkiyənin Fələstin xalqını dəstəkləməkdə qətiyyətli olduğunu bir daha vurğulayıb: “Biz fələstinli qardaşlarımızı zülmə qarşı mübarizələrində bir an belə yalnız buraxmamışıq. Eyni qaydada, Qəzzə xalqını dəstəkləməyə davam edəcəyik. Onların yaralarını sarmaq və yenidən ayağa qalxmalarına kömək etmək üçün bütün imkanlarımızı səfərbər edəcəyik.”