Ərdoğan İsrail Baş Konsulluğu ilə bağlı hadisəyə reaksiya verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı İsrail Baş Konsulluğu yaxınlığında baş verən insidenti təxribat adlandırıb.

Polise.az Teleqrafa istinadən  xəbər verir ki, dövlət başçısı Türkiyənin belə təxribatlara imkan verməyəcəyini bildirib.

“Bu gün İstanbulda törədilən və qəhrəman təhlükəsizlik qüvvələrimizin uğurlu addımları sayəsində qarşısı alınan bu xain hücumu qınayırıq. Üç terrorçu zərərsizləşdirilib – biri öldürülüb, ikisi yaralanıb. Qəhrəman polis zabitlərimizdən ikisi yüngül yaralanıb. Terrorizmin bütün formalarına qarşı mübarizəni qətiyyətlə davam etdirəcəyik. Bu günkü kimi xain və planlaşdırılmış təxribatlarla Türkiyənin təhlükəsizliyinə zərər vurulmasına imkan verməyəcəyik”, – o deyib.

Prezident Ərdoğan əlavə edib ki, İstanbul Baş Prokurorluğu və kəşfiyyat xidmətləri hücumla bağlı təcili araşdırmaya başlayıblar.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button