Ərdoğan Kipr məsələsinin bu günədək həllini tapmamasının əsas səbəbini açıqlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kipr məsələsinin bu günədək həllini tapmamasının əsas səbəbini açıqlayıb.

Polise.az-ın  məlumatına görə, Ərdoğan bildirib ki, Yunanıstan tərəfinin Kipr türklərinin bərabər beynəlxalq statusunu qəbul etməməsi adada problemli vəziyyətin hökum sürməsinə səbəb olub.

“Kipr məsələsinin bu günədək həll olunmamasının kökündə Yunanıstan tərəfinin Kipr türklərinin bərabər beynəlxalq statusunu rədd etməsi dayanır”, – Ərdoğan vurğulayıb.

Prezident əlavə edib ki, Türkiyə adadakı iki xalqın sülh, rifah və təhlükəsizlik şəraitində yanaşı yaşaya biləcəyi bir həllin mümkün olduğuna dair mövqeyini qorumaqda davam edir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button