Ərdoğan Makronla Cənubi Qafqazı müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidmətindən bildirilib.
Erdoğan Fransa lideri ilə telefon danışığı zamanı iki ölkə arasındakı ikili münasibətlər, Ukrayna-Rusiya münaqişəsi, həmçinin regional və qlobal məsələləri müzakirə edib.
Prezident Erdoğan Türkiyə ilə Fransa arasındakı əməkdaşlığı inkişaf etdirməyin vacib olduğunu və bu məqsədlə addımların davam etdiriləcəyini vurğulayıb.
Prezident həmçinin bildirib ki, Türkiyə Ukrayna ilə Rusiya arasındakı müharibənin ədalətli və davamlı sülh yolu ilə sona çatması üçün maksimum səylərini göstərir.
O əlavə edib ki, İstanbul prosesi çərçivəsində tərəflərlə əlaqələr davam edir və Türkiyə barışın tezliklə bərqərar olması üçün əlinə gələni etməyə hazırdır.
Rəcəb Tayyib Ərdoğan diplomatik yolların sülhə nail olmaq üçün ən effektiv vasitə olduğunu qeyd edib, həmçinin Türkiyənin atəşkəsin təmin olunması və sonrakı proseslərdə dəstəyinin artacağını vurğulayıb, qlobal barışı təhdid edən addımlardan uzaq durulmasının sülh səylərinə töhfə verəcəyini bildirib.
Telefon danışığı zamanı Cənubi Qafqaz, Qəzza və Suriyadakı son vəziyyət də müzakirə olunub.
Polise.az



