Ərdoğan Makronla regional məsələləri müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makron ilə telefon danışığı aparıb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, liderlər Türkiyə–Fransa ikitərəfli münasibətləri ilə yanaşı, regional və qlobal məsələləri də müzakirə edib.
Ərdoğan Makrona iki ölkə arasındakı münasibətlərin, xüsusilə müdafiə sənayesi başda olmaqla bütün sahələrdə əməkdaşlıq imkanlarının dəyərləndirilərək daha da inkişaf etdirilməsinin faydalı olacağını bildirib.
O həmçinin, İrana yönəlmiş hücumlarla başlayan müharibənin bütün dünyaya mənfi təsir göstərdiyini, aidiyyəti ölkələrlə birlikdə atəşkəs prosesində Türkiyənin mühüm rol oynadığını vurğulayıb.
Liderlər həmçinin danışıq zamanı Hörmüz boğazının açılmasını, Suriyadakı vəziyyəti, Qafqazlarda sülh prosesinin dəstəklənməsini, Rusiya Ukrayna müharibəsi çərçivəsində davamlı sülh axtarışlarını və danışıqların yenidən canlandırılması məsələlərini də ətraflı şəkildə müzakirə ediblər.
Polise.az



