Ərdoğan Nyu-Yorkda Şolts ilə GÖRÜŞDÜ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Almaniya kansleri Olaf Şolts ilə görüşüb.

Polise.az  xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Görüşdə Türkiyə ilə Almaniya arasında ikitərəfli əlaqələr, İsrailin Fələstin ərazilərinə, xüsusilə Qəzza zolağına sistemli hücumları, Türkiyənin Aİ-yə üzvlük prosesinin intensivləşdirilməsi, eləcə də regional və qlobal məsələlər müzakirə edilib.

Prezident Ərdoğan görüşdə Türkiyə ilə Almaniyanın dərin əlaqələri olan müttəfiqlər olduğunu bildirib.

O, əməkdaşlığın bütün sahələrdə inkişaf etdirilməsi, imkanların qiymətləndirilməsi və şaxələndirilməsi istiqamətində səylərin davam etdiyini, Türkiyənin hər iki ölkəyə xeyir verəcək addımlar atmağa hazır olduğunu vurğulayıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button