Ərdoğan Pakistan Baş naziri ilə görüşdü – YENİLƏNDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şərifi qəbul edib.
Polise.az xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.
Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın da iştirak edib.
Tərəflər arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri, regional və beynəlxalq məsələlər, terrorla mübarizə müzakirə olunacaq.
***
18.38
Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyəyə rəsmi səfərə gəlib.
Polise.az xəbər verir ki, hava limanında siyasətçinin qarşılanma mərasimi olub.
Pakistan Baş Nazirini Türkiyənin müdafiə naziri Yaşar Gülər qarşılayıb.
Qeyd edək ki, Şahbaz Şərifin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü planlaşdırılır.
Polise.az