Ərdoğan Putinlə görüşünü uğurlu adlandırdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşünü uğurlu adlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə lideri Türkmənistana səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.

“Cənab Putinlə çox uğurlu, məhsuldar və hərtərəfli söhbət apardıq. Onu istənilən vaxt Türkiyədə görmək istədiyimi xüsusi vurğuladım. Qısa müddətdə yenidən görüşməyimizin vacibliyi barədə razılığa gəldik. O da “verəcəyim sözü yerinə yetirəcəyəm” dedi. Ümid edirəm ki, bu səfəri yaxın zamanda reallaşdıracağıq”,- o qeyd edib.

Türkiyə Prezidenti vurğulayıb ki, Ankara ilə Moskva arasındakı münasibətlər yalnız cari maraqlara deyil, dərin tarixi köklərə, möhkəm diplomatik əsaslara və qarşılıqlı etimada söykənir.

Onun sözlərinə görə, görüş zamanı əsas müzakirə mövzuları müharibə və sülh təşəbbüsləri olub:

“Digər bütün tərəflər kimi, Putin də Türkiyənin bu məsələdə mövqeyini çox yaxşı bilir. Biz hesab edirik ki, bu müharibə çoxdan bitməli idi və bunu bütün tərəfdaşlarımıza açıq şəkildə bildiririk”.

Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button