Ərdoğan Qəbələyə gəlir – Bu sammitdə işitrak edəcək (Yenilənib)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə görüşündə iştirak etmək üçün sabah Azərbaycana səfər edəcək.

Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd edək ki, 6-7 oktyabr tarixlərində Qəbələdə TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşü keçiriləcək.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gələcək.

Dövlət başçısı Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələ şəhərində baş tutacaq növbəti sammitində iştirak edəcək.

Məlumata əsasən, Prezident Ərdoğan hazırda İstanbuldadir və onun  bu gün, oktyabrın 6-da, Azərbaycana yola düşməsi gözlənilir.

Qəbələdə keçiriləcək toplantıda Türk dünyasının liderləri regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq, enerji, nəqliyyat və humanitar istiqamətlərdə birgə təşəbbüsləri müzakirə edəcəklər.

“AzPolitika.info”

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button