Ərdoğan Qələbə paradında bu şeiri oxudu – VİDEO

“İnanıram ki, bu qürur günümüzdə Türk Dövlətləri Təşkilatından olan qardaşlarımız da eyni coşqunu yaşayırlar. Allah Azərbaycan, Türkiyə və türk dünyasına neçə belə zəfərlər nəsib eləsin”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr Zəfər Günü münasibəti ilə Bakıda keçirilən hərbi paradda çıxışında deyib.

Türkiyə lideri çıxışında ixtisarla şair Məmməd Arazın bu şeirini oxuyub:

Vətən! – desin

Qəlbimizin hər duyğusu,

hər vurğusu

Vətən! – desin.

Fərqi yoxdur, harda olaq,

Zamanımız, məkanımız

Vətən! – desin

Çox yatdıq, çox mürgülədik,

Qoca millət!

Mürgülədik: qoşa-qoşa

Dağlarımız oğurlandı.

Çaylarımız, göllərimiz

oğurlandı.

Düzlərimiz, çöllərimiz

oğurlandı.

Oğurlatdıq!

İndi saysaq saya sığmaz,

Daha nələr, nələr oğurlanıb.

Yer üstündə xəzinələr,

Yer altında dəfinələr

oğurlanıb!

Qoca millət, hər andımız,

Amanımız,

Əgər varsa,

Zərrə qədər imanımız,

İmanımız Vətən! – desin

Hər yaxşımız, yamanımız

Vətən! – desin

Əli kəsik, dili kəsik

Uşaqlar var – hələ dustaq,

Körpə dustaq Vətən! – deyir.

Bu nə külək, bu nə bulud,

Bu nə yağış, bu nə qardı?

Didərginlər üzərində

susub durdu,

Vətən! – dedi,

Mürgülüsən, qoca millət:

Daha möhkəm, daha ötkəm

gəlsin səsin,

Vətən! – desin

Qoca millət, Bu gün gərək

Hər anımız Vətən! – desin.

RPReplay_Final1762600705

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button