Ərdoğan: Qarabağ sonsuza qədər Azərbaycandır!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edib.
Polise.az xəbər verir ki, paylaşımda deyilir:
“Dostumuz, qardaşımız, sevimli Azərbaycanımızın anım günündə Qarabağı və işğal olunmuş Azərbaycan torpaqlarını böyük qəhrəmanlıqla azad edən şəhidlərimizi rəhmətlə yad edir, veteranlarımıza ehtiramımı bildirirəm.
Qarabağ sonsuza qədər Azərbaycandır!”
Polise.az



