Ərdoğan: Qarabağ zəfəri bölgədə yeni dövrün qapılarını açdı

“Bu gün burada Azərbaycan əsgəri Türkiyədən gələn hərbi qardaşları ilə çiyin-çiyinə, yan-yana dayanır. Əsgərlərimizə baxdıqca “İki dövlət, bir millət” şüarının mənasını hər birimiz aydın görürük. Şəhidlərimizin qarışmış qanları üzərində yüksələn azadlıq bayrağı Qarabağın hər yerində şan, şərəf və qürurla dalğalanır”.
Polise.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr Zəfər Günü münasibəti ilə Bakıda keçirilən hərbi paradda çıxışında deyib.
“İlham qardaşımın cəsarətli rəhbərliyi altında Azərbaycan ordusu Qarabağı işğaldan azad edərək qəlblərdəki 30 illik bu yanğını da söndürdü. Allaha şükür, bu gün Laçından Şuşaya, Zəngilandan Xankəndiyə, Xocalıdan Füzuliyə qədər Qarabağın hər qarışında sülh, inkişaf, rifah və azadlıq mövcuddur. İnşallah, bu sülh və təhlükəsizlik mühiti daha da möhkəmlənəcək.
Qarabağ Zəfəri yalnız vicdanları qanadan böyük bir ədalətsizliyə son qoymadı, həm də bölgəmizdə yeni bir dövrün qapılarını açdı”, – Türkiyə lideri qeyd edib.
Polise.az



