Ərdoğan Suriyanın türkmən bölgəsi ilə bağlı göstəriş verdi

Türkiyə Bəşər Əsəd rejimi, İran və Rusiyanın bombardmanları ilə xarabalığa çevirdiyi Suriyanın Türkmən dağı (Bayırbucaq) bölgəsinin kənd və qəsəbələrinin yenidən qurulması üçün hərəkətə keçib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məsələ ilə bağlı ətraf mühit və şəhərsalma naziri Murat Kuruma Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən tapşırıq verildiyi və araşdırma aparmaq üçün bölgəyə bir qrup göndərildiyi bildirilib. Bölgədə işlər Mənzil İnşaatı İdarəsinə (TOKİ) həvalə edilib.

Türkmən dağı 2015-ci ildə Rusiyanın ağır bombardmanları və İranın dəstəklədiyi qruplar tərəfindən böyük ölçüdə işğal edilmişdi. Bölgənin işğalına rəhbərlik edən terrorçu qruplardan birinin lideri Mihraç Ural o zaman belə demişdi: “650 ilin qisasını aldıq”.

İşğaldan əvvəl Bayırbucaqda 200 mindən çox türkmən yaşayırdı. Latakiyada 300 mindən çox türkmən vardı. İşğal və bombardmanlar nəticəsində bölgənin əhalisi xeyli azalsa da, minlərlə türkmən müqavimət göstərərək vətənlərində qalıb.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button